Dünya
“Kurtlar Vadisi” bunun olacağını 21 il öncədən xəbər verib - Serialdakı detal diqqət çəkdi
2005-ci ildə yayımlanan məşhur "Kurtlar Vadisi" serialında Venesuela detalı diqqət çəkib.
Publika.az xəbər verir ki, sözügedən kadrlar sosial şəbəkədə yenidən paylaşılıb.
Görüntülərdə əks olunan dialoqda Venesuela ilə ABŞ arasındakı münasibətlərdən bəhs edilib:
"ABŞ Milli Demokratiya Fonduna (NED) pərdəarxasında dəstək verir. Bu qurumun rəhbərliyində təmsil olunan şəxslərin böyük əksəriyyəti keçmiş CIA - Mərkəzi Kəşfiyyat İdarəsi (Central Intelligence Agency) əməkdaşlarıdır. ABŞ-da fond, institut və ya mərkəz adı altında fəaliyyət göstərən, hüquqi statusa malik bir çox qurum əslində CIA-nın maraqları naminə çalışır".
Serialda bildirilir ki, NED dünən Nikaraquada və Kolumbiyada, bu gün isə Venesuelada müxtəlif əməliyyatlar həyata keçirir:
"Müasir dövrdə "demokratiya", "azadlıq" və "insan haqları" anlayışları bir növ sehrli sözlərə çevrilib və bu anlayışların arxasında istənilən addımı atmaq mümkün olur. Ən təsirli təbliğat üsulu isə ümumiyyətlə təbliğat aparılmırmış kimi görünməkdir".
Qeyd edək ki, yanvarın 3-də ABŞ Prezidenti Donald Tramp Amerikanın Venesuelaya qarşı "genişmiqyaslı hücum" həyata keçirdiyini və nəticədə ölkə lideri Prezident Nikolas Maduro ilə həyat yoldaşının "saxlanıldığını" açıqlayıb. (Globalinfo)
-
Hadisə01:41Binəqədidə güclü yanğın məhdudlaşdırıldı - VİDEO/YENİLƏNDİ
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto
-
Dünya17 Mart 23:36Qadına bala it cildində görün nə satdılar - Hürüməyib, burnu isə...
-
Magazin117 Mart 22:50Onların da verilişlərinin yayımı dayandırıldı
-
Region17 Mart 22:24İran ilk dəfə İsrailə qarşı bu raketdən istifadə etdi
-
Avropa17 Mart 22:00Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA





























