Dünya
“Siyasi cırtdan”, “dəvəquşu” və “axsaq ördək”.... – OBAMAYA DEYİLƏNLƏR
Ukrayna daxili işlər nazirinin məsləhətçisi və Ali Radanın deputatı Anton Qeraşenko ABŞ prezidenti Barak Obamanı kəskin tənqid edib.
Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Qeraşenko “Facebook” səhifəsində Obamanı “siyasi cırtdan” adlandırıb.
Onun sözlərinə görə, Obama Krımın Putin tərəfindən tutulmasının nəticələrini hələ tamamilə dərk etməyib. Qeraşenko bildirib ki, Obama “dəvəquşu mövqeyi” ilə Putinin Ukraynaya təcavüzünə fikir verməməyi üstün tutub. O, həmçinin qətiyyətsiz hərəkətlərə görə Obamanı "axsaq ördək" adlandırıb. “Bu ləqəb tam mükəmməldir”, - parlament üzvü əminliyini bildirib.
“Barak Obama heç vaxt Ruzvelt, Reyqan və Franklin, hətta Bill Klinton kimi ABŞ-ın böyük prezidentləri ilə bir sırada olmayacaq. Məhz Bill Klintonun özündə güc tapması və qətiyyəti Kosovoda qanlı soyqırımı dayandırmağa imkan verdi”, - Qeraşenko yazıb.
Onun sözlərinə görə, Kiyevi nüvə silahından imtinanı nəzərdə tutan Budapeşt razılaşmasını imzalamağa məcbur edən bir ölkə olaraq ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verməli idi.
Qeraşenko bildirb ki, ABŞ Ukraynaya Əfqanıstanda Talibanla, İraq ilə Suriyada isə İŞİD-lə müharibəyə ayırdığından daha az pul ayırır. “Halbuki, Ukrayna Taliban və İŞİD-dən daha təhlükəli və qorxunc düşmən olan Rusiya ilə müharibə aparır”, - daxili işlər nazirinin məsləhətçisi sonda qeyd edib.
Ömər Dağlı
-
Magazin206:16
Cennifer Lopezin adı məşhur qalmaqada HALLANDI
-
MDB04:44
Putin anasının əsas kumirinin adını AÇIQLADI
-
Magazin101:41
Razi yeni doğulan oğlunu göstərdi - VİDEO
-
Sosial01:30
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
-
İdman00:30
Messi 504 milyonluq səhifəsində Azərbaycanla bağlı PAYLAŞIM ETDİ - VİDEO
-
Mistika00:15
Günün ULDUZ FALI - Böyük uğurlar qazana biləcəksiniz
-
İKT12 Dekabr 23:48
İnternetdə "iPhone 17" korpusunun ilk real FOTOSU YAYILDI
-
Magazin212 Dekabr 22:00
Selena Qomezin brilyant nişan üzüyünün qiyməti "ƏL YANDIRIR"