Sorosun Kiyevə məxfi səfəri
Bizi izləyin

Dünya

Sorosun Kiyevə məxfi səfəri

Soros Fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutunun rəhbəri, məşhur amerikalı milyarder və investor Corc Soros məxfi şəkildə Kiyevə gəlib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə TSN kanalı özəl mənbələrə istinadən bildirib.

Məlumatda deyilir ki, Soros bu gün Ali Radanın deputatları ilə görüşəcək. Kanalın mənbələrinin məlumatına görə, amerikalı biznesmen paytaxt Kiyevin mehmanxanalarından birində qalıb.

Sorosun Ukraynana səfərinin məqsədi isə məlum deyil. Onun səfəri barəsində bütün məlumatların sirr kimi saxlanıldığı deyilir. Ehtimala görə, Sorosun səfərinin təşkilatçısı “Dirçəliş” fondudur. Fonddan isə biznesmenin səfəri barədə xəbəri nə təkzib, nə də təsdiq ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm