İŞİD ABŞ-ın Çinlə bağlı hərbi planlarını açıqladı
Bizi izləyin

Dünya

İŞİD ABŞ-ın Çinlə bağlı hərbi planlarını açıqladı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “Twitter” hesabı sındırılıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə yaxın olduğunu bildirən hakerlər məsuliyyəti üzərinə götürüb.

Kibercinayətkarlar həmçinin “Twitter”də bir informasiyanı yerləşdiriblər. İnformasiyada onların iddiasına görə, Pentaqonun Koreya Xalq Demokratik Respublikası və Çinlə bağlı hərbi hərəkətlərin planları göstərilir. Bundan başqa, sındırılan səhifədə amerikalı generalların adları onların ünvanları ilə verilib.

Qeyd edək ki, CENTCOM Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionlarında əməliyyatların planlaşdırılmasına cavabdeh olan və ABŞ Silahlı Qüvvələrinin tərkibindəki vahid döyüş komandanlığıdır. CENTCOM Suriya və İraqda İŞİD-ə qarşı aviazərbələri əlaqələndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm