Dünya
İsrail təlaşda: Bu tələdir, amma başqa seçim yoxdur
İsrail baş naziri Binyamin Netanyahunun ABŞ prezidenti Donald Trampın dəvəti ilə Qəzza ilə bağlı "Sülh Şurası"nda iştirak edəcəyini açıqlaması Təl-Əvivdə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, İsrailin "Kanal 12" telekanalı bu qərarın pərdəarxası məqamları barədə məqalə dərc edib.
Bildirilib ki, ondan çox ölkə "Sülh Şurası"nda iştirakı qəbul etdikdən sonra Netanyahunun Qətər və Türkiyə ilə eyni masada otura biləcəyi bir strukturdan kənarda qalması artıq mümkün deyil. İddiaya görə, bu vəziyyət İsrail baş nazirini diplomatik olaraq küncə sıxıb.
"Tramp demək olar ki, bütün dünya liderlərini layihəyə dəvət edib. Lakin Avropada artan şübhələr hökm sürür. Belə ki, Trampın məqsədi yalnız Qəzza üçün həll yolu deyil, həm də Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə biləcək yeni bir qlobal struktur yaratmaqdır. İsrailin Trampın planının əsas prinsiplərini qəbul etdikdən sonra plana nəzarət edəcək əsas qurumdan uzaq durması siyasi cəhətdən qeyri-mümkün hala gəldi. Bu, Qəzzada açıq şəkildə rədd edə bilməyəcəyimiz diplomatik tənlikdir", - məqalədə qeyd olunub.
Məqalədə İsrailin şuraya daimi üzvlük üçün 1 milyard dollarlıq investisiya tələbindən azad oluna biləcəyi də iddia edilib.
Roza
-
Dünya17:23Türkiyənin sərhədlərindən kənarda yeganə ərazisi azad edildi - FOTOLAR
-
İdman15:14Ulduz futbolçu və həyat yoldaşı insan alverində ittiham olunur
-
Qoroskop14:32Bu il 3 bürc üçün çox uğurlu olacaq - Onların yüksəliş dövrü başlayır
-
İqtisadi gündəm14:13Minimum əmək haqqı ilə bağlı təklif: Ən azı...
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...




















.jpg)



.jpg)









