Nida Təhlil
Azərbaycan Sülh Şurasında: Bakı qlobal təhlükəsizliyin mərkəzinə çevrilir
Azərbaycanın Trampın təklif etdiyi Sülh Şurasında təsisçi dövlət kimi iştirakını iki kontekstdə qiymətləndirmək olar.
Birincisi, birbaşa Qəzzada sülh prosesində iştirak;
Sülh Şurası Trampın 20 bəndlik Qəzza planını həyata keçirən komitə kimi nəzərdə tutulur. Azərbaycan Qəzza konfransının iştirakçısıdır və münaqişənin birbaşa (İsrail-Fələstin) və dolayı (Türkiyə, ərəb ölkələri) iştirakçıları ilə münasibətləri fonunda prosesə töhfə verə bilər. Vaşinqton Qəzza münaqişəsində Bakını birləşdirici oyunçu kimi nəzərdən keçirir. Bu, Azərbaycanın Yaxın Şərq siyasətində də əhəmiyyətli rol oynaya bilər.
İkincisi, beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasında yer almaq;
Sülh Şurasının fəaliyyətinin Qəzza ilə məhdudlaşmayacağı, digər münaqişələrin həllinə də qoşulacağı elan edilib. BMT-yə alternativ kimi nəzərdən keçirilən Şura beynəlxalq təşkilata çevriləcək. Prezident İlham Əliyev də Donald Trampa dəvətlə bağlı ünvanladığı məktubunda qeyd edir: “İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək”.
ABŞ-ın təşəbbüsü ilə BMT-dən kənar yeni təhlükəsizlik sistemini yaradılır. Bunun praktikada nə qədər effektiv olacağı sual altında olsa da, Bakı üçün həm Vaşinqtonla münasibətlər, həm də qlobal proseslərdə iştirak baxımından sistemdən kənarda qalmaq sərfəli deyil.
Azərbaycan bu prosesdən daha qazanclı çıxmaq üçün iki istiqamətdə hərəkət edə bilər.
1. Sülh Şurasında mərkəzi – birləşdirici rolu oynamaq;
Sülh Şurasının BMT-yə alternativ fəaliyyət göstərməsi üçün təkcə sülh prosesini yox, bir çox qlobal təşəbbüsləri də ələ alması lazımdır. Misal üçün, dinlərarası dialoq, multikulturalizm və s. Azərbaycan öz təcrübəsini təqdim etməklə Şuranın fəaliyyətində mərkəzi – birləşdirici missiyanı üzərinə götürə bilər. Bu, Bakını yeni qlobal təhlükəsizlik sisteminin dialoq mərkəzinə çevirmək imkanı yaradır.
1. BMT-də islahatların aparılması;
Sülh Şurasının yaradılması BMT-də rəqabət çərçivəsində fəaliyyətini davam etdirə bilmək üçün islahatları da qaçılmaz edir, xüsusilə köhnə nizamı saxlamağa çalışan Avropa ölkələri, Çin və digərləri bunda maraqlı olacaq. Bu reallıq rəsmi Bakının BMT Təhlükəsizlik Şurasında dəyişikliklə bağlı təklifini yenidən gündəmə gətirmək zərurəti yarada bilər. Prezident İlham Əliyev bir müddət öncə təklif etmişdi ki, beynəlxalq ədaləti təmin etmək üçün BMT TŞ-nin tərkibi genişləndirilməli, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi çoxsaylı ölkələri özündə birləşdirən strukturların təmsilçiliyi qəbul olunmalıdır. Bu, Azərbaycana həmin təşkilatlar üzərində TŞ-də yer almaq imkanı yarada bilər.
BMT-də islahatlar zərurəti yaranması fonunda Azərbaycan bu təşəbbüsü yenidən irəli sürə bilər.
Asif Nərimanlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var


















.jpg)


















