Nida Xəbər
Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
ABŞ prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasiminin ildönümündə Ağ Evdə keçirilən brifinqdə iştirak edib.
Publika.az xəbər verir ki, Tramp çıxışına nailiyyətlərinin siyahısı olan bir qovluğu göstərərək başlayıb.
"Biz hərbi siyasət, müharibələrə son qoymaq və müharibələrin qarşısını almaq sahəsində digər administrasiyalardan daha çox iş görmüşük", - Ağ Ev rəhbəri bildirib.
Trampın sözlərinə görə, hətta tənqidçiləri belə onun nailiyyətlərini etiraf etməyə məcbur olublar.
Elan edilən nailiyyətlər arasında 143-cü yerdə Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması durur.
Tramp qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin özü də bu nəticədən təəccüblənib.
“Putin mənə dedi ki, bu müharibəni bitirdiyimizə inana bilmir”, - Tramp əlavə edib. O vurğulayıb ki, Moskva illərdir bu məsələ üzərində işləyir, lakin heç bir nəticə əldə edə bilməyib.
Prezident Ağ Evdəki ilk ilini "inanılmaz" adlandırıb və görülən işlərin hətta "Tanrıya qürur verəcəyini" vurğulayıb.
Adəm
-
Nida Xəbər 13:46Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır - SİYAHI
-
Nida Xəbər 13:25İlk köç karvanı Xankəndi şəhərinə çatdı - Yeniləndi
-
Rəsmi xronika12:50İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
-
ABŞ12:34ABŞ Konqresi seçimini etdi: Venesuelanı o idarə edəcək - FOTO
-
İdman12:28Ronaldonun heykəlini yandırdı, rəqs etdi və Tanrının son xəbərdarlığını çatdırdı - VİDEO
-
Magazin111:52Xana Babayeva ƏRƏ GETDİ - VİDEO
-
Rəsmi xronika10:50İlham Əliyev BƏƏ-yə dəvət edildi




































