Dünya
Putin “Novorossiya” planını redaktə etdi – “İldırım sürətli”
Kreml aktiv hücum əməliyyatları ssenarisinin icrasını sürətləndirməyə qərar verib.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə “5 kanal”ın efirində ukraynalı jurnalist Pyotr Şuklinov bildirib.
Onun sözlərinə görə, Rusiya resursların tükəndiyini anlayaraq prosesi sürətləndirmək niyyətindədir. Jurnalist qeyd edib ki, separatçılar yeni il ərəfəsində gün ərzində 30 dəfə atəşkəsi pozurdusa, hazırda bu rəqəm təxminən 60-a qədər yüksəlib.
“Moskva aktiv hücum əməliyyatlarına hazırlaşır. Biz əvvəl hesab edirdik ki, bu, yazda olacaq, amma artıq proseslər başlayır. Putin anlayır ki, Kremldə yazılmış ssenarini sürətləndirmək lazımdır. Vaxt azdır, resurslar tükənir, daha sürətlə hərəkət etmək lazımdır”, - Şuklinov fikrini əsaslandırıb.
Ukraynalı jurnalist həmçinin hesab edir ki, Kreml hakimiyyəti toqquşma zonasını genişləndirmək üçün Odessa, Xarkov, Zaporojye və Xerson vilayətlərində vəziyyəti gərginləşdirməyə çalışacaq.
Xatırladaq ki, Fransa, Rusiya və Ukraynadan ibarət olan “Normandiya formatı”nın 15 yanvar tarixində Astanada keçirilməsi planlaşdırılan görüşü baş tutmayıb. Görüş qeyri-müəyyən vaxta – bir neçə həftəliyə təxirə salınıb.
Ömər Dağlı
-
Yaxın Şərq09:48
Suriyada Əsədin atasının daha bir abidəsi AŞIRILDI - ANBAAN VİDEO
-
Əmlak09:36
İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: gələn ildən... - VİDEO
-
ABŞ09:24
Bayden Suriyadakı fövqəladə hadisələrə REAKSİYA VERDİ
-
Ekologiya07:17
Bu gün yağış yağacaq
-
Magazin106:46
Vüsaləyə 1000 manatlıq hədiyyə göndərdilər - VİDEO
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO