Dünya
Erməni qadını öldürən azərbaycanlıların məhkəməsi başa çatdı
Rusiyanın Perm diyarının Solikamsk şəhər məhkəməsi şəhərin baş memarı, milliyyətcə erməni Olqa Karapetyanın qətlində ittiham olunan iki azərbaycanlı ilə bağlı hökm çıxarıb.
Publika.Az–ın “Kommersant.ru” saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı Azər Əkbərov 23 il, 46 yaşlı Eldəniz Məmmədov isə 15 il azadlıqdan məhrum edilib.
Onların hər ikisi cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Cinayət işinin materiallarına görə, O.Karapetyan evinin pilləkənində ov tüfəngi ilə vurulub. İstintaq hesab edir ki, baş memar 2010-cu ildə peşə fəaliyyəti ilə əlaqədar öldürülüb. İstintaq müəyyənləşdirib ki, A.Əkbərov sifarişli qətlin təşkilatçısı, E.Məmmədov isə təşkilatçısı olub. Qətlin sifarişçisi hələ tapılmayıb.
“Kommersant.ru” saytının yazdığına görə, A.Əkbərov həmçinin qanunsuz silah saxlamaqda və Perm sakini Artur Abramyanın qətlində ittiham olunur. Onun barəsində məhkəmə hokmü cəzaların qismən toplanması yolu ilə təyin edilib.
Ömər Dağlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO