İŞİD-də daha 3 min döyüşçü - biət davam edir
Bizi izləyin

Dünya

İŞİD-də daha 3 min döyüşçü - biət davam edir

Suriyada “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mövqeyini gücləndirəcək hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Azad Suriya Ordusunun Kalamun bölgəsindəki təxminən 3 min üzvü İŞİD-ə qoşulduğunu açıqlayıb.

İŞİD-ə biət edən Azad Suriya Ordusu üzvləri təşkilatın Xüms və Kuseyr hərbi şuralarına bağlı olub. Onların Kalamun dağlarına Suriya ordusunun Kuseyr və Xümsü ələ keçirməsindən sonra qaçdığı deyilir. Məlumata görə, Suriya ordusunun genişlənən əməliyyatları və qışın ağır şərtləri səbəbi ilə yox olmaq mərhələsində olan silahlı qruplar daha güclü hesab etdikləri təşkilatlara qoşulur.

Suriyalı ekspertlər hesab edir ki, Qərbin mülayim müxalifət adlandığı Azad Suriya Ordusunun Kalamun dağlarında mövcudluğunu dayandırmasından sonra “Əl-Nusra” Cəbhəsi ilə İŞİD arasındakı qarşıdurmalar daha da güclənəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm