ŞOK: "Sehrli güc"ə sahib olmaq üçün beş uşağını boğdu
Bizi izləyin

Dünya

ŞOK: "Sehrli güc"ə sahib olmaq üçün beş uşağını boğdu

"Sehrli güc"ə sahib olmaq istəyən pakistanlı beş uşağını boğaraq öldürüb.

Publika.az xəbər verir ki, 40 yaşlı Əli Navaz Leqari 3-13 yaş arasında olan iki qız və üç oğlan övladını öldürüb. Məlum olub ki, kişi qara magiyanı öyrənir. Ehtimal edilir ki, o, bu sahədə irəliləmək üçün uşaqlarını qurban edib.

Polis bildirib ki, Əli Navaz Leqari planını şam yeməyinə zəhər qatmaqla həyata keçirməyə çalışıb. Amma onun arvadı kişinin niyyətindən xəbər tutub. Bundan sonra isə o, uşaqlarına yuxugətirici dərman verib və planını həyata keçirib. Hadisə yerindən isə ip tapılıb. İpin qətl aləti olduğu güman edilir.

Törətdiyi cinayətdən sonra qaçan kişi yaşadığı kənddən 230 kilometr uzaqda olan Karaçi şəhərində saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm