Qurbanlarını qeyri-ənənəvi cinsi əlaqə ilə şantaj edən dəstə üzvləri yaxalandı
Bizi izləyin

Dünya

Qurbanlarını qeyri-ənənəvi cinsi əlaqə ilə şantaj edən dəstə üzvləri yaxalandı

Öncədən hazırlanmış plan əsasında küçələrdə fırıldaqçılıq edən 3 nəfərdən ibarət şəbəkə yaxalanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 22 yaşlı Zeki T., 21 yaşlı Gökhan K. və onun həmyaşıdı Kaan Ö. vətəndaşları şantaj etməklə məşğul olub.


Bildirilir ki, şübhəli şəxslərdən Kaan küçədə gedən tanımadığı adamlara yaxınlaşaraq homoseksual olduğunu deyib və qarşısındakı şəxsə intim münasibət təklif edib. Elə bu vaxt polis əməkdaşları olduqlarını qeyd edən dəstənin digər üzvləri – Zeki və Gökhan zərərçəkmişə yaxınlaşaraq «Bu adamla əlaqəyə girməyə utanmırsan? Polis bölməsinə gedirik», deyə küçədən keçən şəxsləri şantaj ediblər.

Araşdırmalar nəticəsində polis idarəsinə gedib biabır olmaqdan qorxan zərərçəkmişlərin məcburiyyət qarşısında qalıb fırıldaqçı dəstəyə 300-dən 20 min lirəyə qədər pul verdikləri bəlli olub.


Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq zamanı o da məlum olub ki, dəstə üzvləri qurbanlarından pul almazdan öncə onları bir məscidə aparıb namaz qıldırdıqdan sonra "homoseksualla əlaqəyə girmədim", deyə and içdiriblər.


Qeyd edək ki, sözügedən məsələ ilə bağlı polisə müraciət edən zərərçəkmişlərdən biri «Yolda gedərkən yanıma daha əvvəldən tanımadığım bir adam yaxınlaşdı. Homoseksual olduğunu və mənimlə cinsi əlaqəyə girmək istədiyini bildirdi. Ona əsəbləşdim və məndən uzaq durmasını tələb etdim. Bu vaxt iki nəfər mənə yaxınlaşdı və polis olduqlarını dedilər. Yanımdakı homoseksualla cinsi əlaqəyə girdiyimi məcburi şəkildə boynuma qoymağa çalışdılar. Etiraz etdim, lakin faydası olmadı. Polis idarəsinə aparacaqları ilə hədələdilər. Həmin homoseksualı tanımadığımı və onunla heç bir əlaqəmin olmadığını bildirsəm də, mənə inanmadılar. Məni məcdisə aparıb dəstəmaz aldırdılar. Daha sonra namaz qıldırdıqdan sonra «Quran»a əl basdırıb and içdirdilər. Polislər şəhid ailələrinə yardım üçün pul istədilər. Onlara cibimdəki 100 lirəni verdim. Lakin bunun az olduğu üçün yenidən mənimlə əlaqə saxlayacaqlarını bildirdilər», deyə şikayət edib. Bu müraciətdən sonra hərəkətə keçən polis qısa müddət ərzində cinayətkar dəstəni yaxalamağa müvəffəq olub.


Araşdırmalar zamanı bəlli olub ki, Zeki, Gökhan və Kaan indiyədək ayrı-ayrı vaxtlarda 4 nəfəri məhz bu yolla hədələyib, şantaj etməklə onlardan pul qoparıb. İstintaq yekunlaşdıqdan sonra məhkəmə qarşısına çıxarılan dəstə üzvləri barəsində qəbs qətimkan tədbiri seçilib.


Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm