Poroşenko səfərbərlik elan etdi - VİDEO
Bizi izləyin

Dünya

Poroşenko səfərbərlik elan etdi - VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk vilayətinin Volnovaxa rayonunda içində dinc sakinlərin olduğu avtobusun separatçılar tərəfindən artilleriya atəşinə tutulması ilə bağlı çıxış edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, Parisdəki terror aktı ilə avtobusun vurulmasını müqayisə edən dövlət başçısı səfərbərlik elan edib.

Prezident vurğuladı ki, sabah səfərbərliyin növbəti dalğası haqqında fərman imzalayacaq. “Ukrayna öz torpağını müdafiə etməyə hazırdır. Sentyabr ayından keçən müddət ərzində biz gücümüzü artırdıq. Hər həftə yüzlərlə silah və hərbi texnikanı qoşunların istifadəsinə veririk”, - Poroşenko deyib.

Pyotr Poroşenko ümid etdiyini bildirib ki, Avropa Parlamenti çümə axşamı keçiriləcək iclasında Avropa Birliyinin rəhbərliyini “DXR” və “LXR” adlandırılan qurumları terror təşkilatları siyahısına daxil etməyə çağıracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm