Qeyri-qanuni hərbi birləşmələrə qoşulan gürcüstanlılar həbs olunacaq
Bizi izləyin

Dünya

Qeyri-qanuni hərbi birləşmələrə qoşulan gürcüstanlılar həbs olunacaq

İraq, Suriya, Ukrayna və digər xarici ölkələrdə qeyri-qanuni hərbi birləşmələrdə, habelə hərbi təlimlərdə iştirak edən və ekstremist çıxışlar edən Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunacaqlar.

AzərTacın xüsui müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın ədliyyə naziri xanım Teya Tsulukiani deyib. Nazir bildirib ki, bununla əlaqədar Gürcüstanın Cinayət Məcəlləsində dəyişikliklər ediləcək. Daxili İşlər və Ədliyyə nazirliklərinin hazırladıqları yeni qanun layihəsi artıq parlamentə təqdim olunub.

Teya Tsulukiani deyib ki, son dövrlər gənclər terrorizmlə daha çox maraqlanırlar və asanlıqla ekstremist qüvvələrin təsiri altına düşürlər. Yeni qanunda terrorçu qruplara qoşulmağa, qeyri-qanuni hərbi əməliyyatlarda iştiraka, habelə bu kimi hallara çağırışlara görə ciddi cəza nəzərdə tutulub.

“Düşünürük ki, qanun qəbul edildikdən sonra bu sahədə mövcud olan bəzi problemlər həllini tapacaq”, – deyə nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm