Paris terrorunun qiyməti: 20 min dollar – İDDİA
Bizi izləyin

Dünya

Paris terrorunun qiyməti: 20 min dollar – İDDİA

Parisdə 7-9 yanvar tarixlərində törədilən terror aktlarının məsuliyyətini üzərinə götürən “Əl-Qaidə”nin Yəmən qolu üç il əvvəl Kuaşi qardaşlarından birinə 20 min dollar verib.

Publika.az-ın ABC telekanalına istinadən məlumatına görə, bu barədə terrorizmlə mübarizə üzrə mütəxəssislər bildirib.

Xatırladaq ki, oxşar informasiya ötən həftə Fransa mediasında da çıxıb. İddiaya görə, BFM TV kanalının müxbiri Səid və Şərif Kuaşi qardaşlarının mühasirəyə alındığı mətbəəyə zəng edib və telefona cavab verən Şərif Kuaşi “Məni “Əl-Qaidə”nin Yəmən qolu göndərdi. Yəmənə getdim. Məni maliyyələşdirən Ənvər əl-Evlaki idi" deyib. Fransa mediasının yazdığına görə, Səid Kuaşi 2011-ci ildə Yəmənə gedərək “Əl-Qaidə”nin keçmiş liderlərindən olan Ənvər əl-Evlaki ilə görüşdüyü hələ bir müddət əvvəl ortaya çıxıb.

“Reuters” xəbər agentliyinə danışan yəmənli kəşfiyyatçı Səid Kuaşinin 2011-ci ildə dini təhsil almaq üçün bir neçə il Yəməndə qaldığını söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm