Qatil Rusiya hərbçisi həbs olundu
Bizi izləyin

Dünya

Qatil Rusiya hərbçisi həbs olundu

Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürən Rusiya hərbçisi həbs olunub.

Publika.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazanın hərbçisi Valeri Permyakovun həbsi barədə qərar Rusiya 5-ci qarnizonunun məhkəməsi tərəfindən qəbul olunub.

Rusiya hərbçisinə bu ölkənin Cinayət Məcəlləsinin 105 (qətl törətmək) və 338-ci (fərarilik) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rusiya tərəfi Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu əsas gətirərək onu erməni tərəfinə verməyib. Bildirilib ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm