Gümrüdə prokurorluq mühasirəyə alındı, İrəvanda yürüş başladı - ÜSYAN - VİDEO
Bizi izləyin

Dünya

Gümrüdə prokurorluq mühasirəyə alındı, İrəvanda yürüş başladı - ÜSYAN - VİDEO

Bir ailənin bütünlüklə məhv edildiyi Ermənistanın Gümrü şəhərində etiraz aksiyaları ikinci gündür davam edir.

Publika.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, vətəndaşlar Gümrü şəhər prokurorluğunun qarşısında etiraz aksiyası keçirirlər. Artıq prokurorluğun mühasirəyə alındığı bildirilir.

Paytaxt İrəvanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirən vətəndaşlar isə Ermənistanın Baş prokurorluğuna tərəf hərəkət edir. Aksiya iştirakçıları Gümrü şəhər prokurorluğu qarşısında toplaşan etirazçılarla əlaqə saxlamağa və eyni çağırışlarla çıxış etməyə qərar veriblər.

Aksiya iştirakçılarının bir neçə min nəfər olduğu bildirilir. Onlar Gümrüdə bir ailənin 6 üzvünü öldürən Rusiya hərbi qulluqçusu Valeri Permyakovun mühakimə edilməsi üçün erməni tərəfinə verilməsini tələb edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm