Məsciddə partlayış: 1 ölü, 3 yaralı
Bizi izləyin

Dünya

Məsciddə partlayış: 1 ölü, 3 yaralı

Türkiyə paytaxtında məsciddə partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Elmadağ mahalında yerləşən Esentepe məscidində şam namazı vaxtı partlayış meydana gəlib. İstifadə olunmayan qızdırıcı qazanın partlaması nəticəsində bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Əldə olunan bilgiyə görə, camaat şam namazının fərzini qıldıqdan sonra son sünnəni qılarkən, mahala təbii qaz gəlmədən əvvəl məscidin isidilməsində istifadə olunan qızdırıcı qazanı partlayıb. Həmin vaxt məsciddə olan Mustafa Sarıkan dünyasını dəyişib. Abdullah Tokdemir, Ekrem Ulusoy və Hilmi Akbıyık isə ağır yaralanıb.

Yaralılar ilkin tibbi yardımdan sonra Ankaradakı xəstəxanalara yerləşdirilib. Dünyasını dəyişən Mustafa Sarıkanın səcədi isə prokurorluğun araşdırmasından sonra Elmadağ Dövlət Xəstəxanasının morquna aparılıb.

Polis baş vermiş partlayaşlı əlaqədar istintaqa başlayıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm