Dünya
Separatçılar cəbhə xəttinə hərbi texnika toplayır
“Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumları cəbhə xəttinə zirehli texnika cəmləyirlər.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik-informasiya mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.
Onun sözlərinə görə, tankların böyük kolonu Donetsk vilayətinin Qorlovka şəhəri ərazisində qeydə alınıb.
"Qorlovka şəhərində tankların təxminən üç kilometr uzanan böyük kolonu aşkar edilib. Tanklar Ukrayna ordusunun hərbi bölmələrinin mövqelərinə tərəf hərəkət edir", - Lısenko deyib.
Hərbi texnikanın sayı isə açıqlanmayıb. Qeyd edək ki, Qorlovka Donetsk şəhərinin şimali-şərqində yerləşir. Şəhər yaz aylarından separatçıların nəzarəti altındadır.
Xatırladaq ki, dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov parlamentdə çıxış zamanı Rusiyanın Donbasdakı hərbi texnikasının sayını açıqlayıb. O, Rusiya-terror qoşunlarının silah arsenalına 542 tank, 990 zirehli maşın, 694 artilleriya sistemi, 57 zenit-raket kompleksi və 4 “Toçka-U” taktiki raket kompleksi daxil olduğunu deyib. Donbas hövzəsinin işğal edilmiş hissəsində isə 36 mindən çox döyüşçünün, onlardan 8 min 500-nün isə Rusiya Federasiyasının nizami qoşununun hərbi qulluqçularının olduğu vurğulanıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri qeyd edib ki, hazırda Ukrayna-Rusiya sərhədində əhəmiyyətli hücum potensialı olan təxminən 52 min Rusiya hərbçisi yerləşib. Məlumata görə, Ukrayna sərhədində 300-dən yuxarı tank, 1800 zirehli maşın, 750 artilleriya və yaylım atəş sistemi, 360-a qədər döyüş təyyarəsi və zərbə vertolyotu döyüş vəziyyətindədir.
Bundan əvvəl isə Aleksandr Turçinov tammiqyaslı müharibənin başlanmasını istisna etməyib.
Ömər Dağlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı