Erməni politoloq: Rusiya bizim düşmənimizdi
Bizi izləyin

Dünya

Erməni politoloq: Rusiya bizim düşmənimizdi

Gümrüdə baş verən və böyük rezonans yaradan cinayət geosiyasi planda işıqlandırıldı.

Axar.az İzvestiya.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış erməni politoloq İqor Muradyan deyib. Onun sözlərinə görə, erməni ailəsini qətlə yetirən rus hərbçisinin təhvil verilməsi və cəzalandırılması Moskva üçün “iki səbəbdən” arzulanmazdır:

“İlk və əsas səbəb odur ki, onlar bu şəxsin bir dəqiqəlik də olsa, başqasının əlinə keçməsini istəmirlər, çünki bu adam çox şey bilir. İkincisi, onu təhvil vermək praktiki baxımdan mümkün deyil, çünki baza haqqında razılaşma var, cinayət bizim ərazidə törədilsə də, baza Rusiya ərazisidir, bu şəxs Rusiya vətəndaşıdır”.

Muradyan qeyd edib ki, Rusiya Ermənistanın başqa mövqe tuta biləcəyindən qorxmur, o, ehtiyat edir ki, Ermənistan başqa bir oyunda istifadə edilər:

“Ermənistanda anti-rus əhvali-ruhiyyəsi artmaqda davam edir – bu, faktdır. Bu, nə üçün baş verir? Hazırkı situasiyada Rusiya Ermənistanın müttəfiqi ola bilərmi? O, təcrid olunmuş və blokada vəziyyətindədir, digər ölkələrin, o cümlədən Türkiyənin və Azərbaycanın simasında mümkün müttəfiqlər axtarır. Ödəmə qabiliyyəti olan bu iki varlı dövlət indi onunçün çox dəyərlidir”.

Siyasətçinin fikrincə, bu, onlür üçün məhv olmaq deməkdir və bunu hamı anlayır:

“Rusiya bizdən soruşmadan düşmənimizə - Azərbaycana dörd və ya beş milyardlıq müasir silah satıb. Bizim vəziyyətimizi nəzərə alan müttəfiq beləmi hərəkət edər? Bu, müttəfiq deyil”.

Onun fikrincə, Ermənistanın müttəfiqi Türkiyə və Azərbaycanın qarşısını güclə saxlayan Qərb ictimaiyyətidir, düşmən olan Rusiya deyil:

“İndi böyük dioqnal – Qara dəniz-Gürcüstan-Ermənistan-İran – strategiyası qurulur. İran qızğın templə Qərblə münasibətlərini nizamlayır və Mesopotamiyadakı hadisələr göstərdi ki, İran Qərbin və Birləşmiş Ştatların müttəfiqidir. Rusiyanı artıq ora buraxmazlar – o, heç bir vəchlə Yaxın Şərqdə olmayacaq”.

Muradyan qeyd edib ki, Türkiyə getdikcə daha çox Qərbin düşməni, NATO-nun rəqibi olur və “bundan istifadə etmək lazımdır, yoxsa, biz quyunun dibinə düşəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm