60-a yaxın məktəbli zəhərləndi
Bizi izləyin

Dünya

60-a yaxın məktəbli zəhərləndi

Ötən gün İranın Kirman şəhərində məktəbdə kütləvi zəhərlənmə baş verib. Bunu Kirman əyalətinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Rza Cəfəri deyib.

Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.

R.Cəfərinin sözlərinə görə, 59 məktəbli qazdan zəhərlənib. Hadisə yerinə təcili yardım maşını göndərilib. Ərazidə təcili yardım briqadaları tərəfindən məktəblilərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm