Polis əməkdaşı güllələndi
Bizi izləyin

Dünya

Polis əməkdaşı güllələndi

Türkiyədə 42 yaşlı polis əməkdaşı daşlıq ərazidə boynundan vurulmuş halda tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada baş vermiş hadisə zamanı yaralı vəziyyətdə olan Bülent Akif Sönmez xəstəxanaya yerləşdirilib.


Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində bəlli olub ki, Çankaya məhəlləsi yaxınlığından keçən şəxs daşlıq ərazidə bir nəfərin yatdığını görüb və onun yanına gedib. Ağır yaralı olan həmin şəxs polis məmuru olduğunu deyib və qarşısındakından yardım istəyib. Tapança ilə boynundan vurulan Bülent Akif Sönmezin Kepez mahal polis idarəsinin asayiş şöbəsində çalışdığı müəyyənləşib. Bu gün istirahətdə olan Sönmez Atatürk Dövlət Xəsəxanasına aparılıb.


Hadisə şahidlərinin sözlərinə görə, 3 nəfər naməlum şəxs polis əməkdaşını güllələdikdən sonra dərhal olay yerini tərk ediblər.


Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm