Dünya
Yaşı 45-dən aşağı olan qadınlara qadağa
İŞİD terror təşkilatı “paytaxt” adlandırdığı Suriyanın Rakka şəhərində qadınlar üçün yeni qadağa tətbiq edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yaşı 45-dən aşağı olan qadınların şəhərdən çıxmasına icazə verilmir.
Suriyadakı böhran haqqında 2012-ci ildən xəbərlər dərc edən “Syria Deeply” internet saytının əməkdaşı Kinda Jayoş 14 yaşındakı qızı Salmayı şəhərdən çıxarmağa çalışan ibtidai təhsil məsləhətçisi Dalia ilə danışıb. O, qadağanın tətbiqindən sonra qızının gələcəyi ilə bağlı narahat olduğunu bildirib. Qırx dörd yaşlı Daila qeyd edir ki, qadağanın səbəbi gənc qadınların İŞİD üzvləri ilə evlənməyə məcbur olmasıdır.
Onun 19 və 21 yaşlarında Samer və Fadi adlarında oğlanları var. “Hər kəs qızlarını şəhərdən qaçırmaq üçün yollar axtarır, ancaq bu az qala qeyri-mümkündür” deyən Dalia Fadinin Dəməşqdə olduğunu və iki ildir oğlunu görmədiyini söyləyib.
Ömər Dağlı
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO