İran və Rusiya Qərbə qarşı birləşdi
Bizi izləyin

Dünya

İran və Rusiya Qərbə qarşı birləşdi

Rusiya və İranın müdafiə nazirləri Sergey Şoyqu və Hüseyn Dehqan iki ölkə arasında hərbi əməkdaşlıq barədə sazişə imza atıblar.

Publika.az xəbər verir ki, danışıqlar başa çatandan sonra Şoyqu bildirib ki, hərbi əməkdaşlıq çərçivəsində tərəflər arasında nümayəndə heyətlərinin daha intensiv mübadiləsi, müşahidəçilərin hərbi təlimlərə yollanması, qərargah səviyyəsində ikitərəfli danışıqların aparılamsı, hərbi kadrların hazırlanması, sülhməramlı fəaliyyyət , terrorçuluqla mübarizə, hərbi gəmilərin Rusiya və İran limanlarına baş çəkməsi və bu kimi digər əməkdaşlıq fəaliyyəti nəzərdə tutulub.

“Rusiya və İran kənar qüvvələrin Yaxın Şərqin işlərinə qarışmaq cəhdlərinin qarşını almaq üçün səylərini əlaqələndirmək niyyətindədirlər. Bölgədə və dünayda yaranmış vəziyyət Rusiya və İrandan beynəlxalq təhlükəsizlik və regional sabitlik sahəsində birgə əməkdaşlıq etməyi tələb edir”, - İranın müdafiə naziri Hüseyn Dehqan əlavə edib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu iranlı həmkarının fikrini tamamlayaraq hər iki ölkənin üzləşdiyi təhlükələrin eyni olduğunu və onların qarşısının alınmasının yalnız birgə səylər nəticəsində mümkün olduğunu vurğulayıb.

Moskva ilə Tehran arasında saziş İranın dünyanın qüdrətli 6 ölkəsilə nüvə danışıqlarının davam etdiyi bir ərəfədə imzalanıb.

Bundan əlavə, Moskva ilə Tehran arasında S-300 zenit-raket komplekslərinin İrana satılması barədə müqavilə yerinə yetirilməmiş qalır. 2010-cu ildə Rusiya İrana qarşı BMT Təhlükəsizlik Şurasının qərarı ilə bağlı həmin raket kompleksklərini Tehrana verilməsini dondurmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm