Amerika hazırlaşdı, Rusiya kəşfiyyat gəmisi göndərdi
Bizi izləyin

Dünya

Amerika hazırlaşdı, Rusiya kəşfiyyat gəmisi göndərdi

Rusiya son vaxtlar ABŞ və Kuba arasındakı yaxınlaşmadan narahatdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ və Kuba arasındakı əlaqələrin normallaşdırılması çərçivəsində ABŞ nümayəndə heyətinin Kubaya səfəri öncəsi Rusiyanın kəşfiyyat gəmisi Havana limanına yan alıb.

Göyərtəsində antenalar və peyk cihazları olan gəminin səfərinin məqsədi barədə rəsmi məlumat verilmir. Amma gəminin Kuba sahillərinə yan aldığı tarix diqqət çəkir. Kuba ilə ABŞ arasındakı münasibətlərdə 1961-ci ildən hökm sürən soyuqluqdan sonra ABŞ nümayəndə heyəti bu gün Havanada kubalı səlahiyyətlilərlə görüşəcək.

Qeyd edək ki, ABŞ ötən ay münasibətlərdə normallaşma prosesinə başlamaq qərarına gəlib. ABŞ prezidenti Barak Obama 2014-cü il dekabrın 18-də Kuba ilə əlaqədar tarixi bir addım atıb. B.Obama Kuba xalqına səslənərək "Amerika dostluq əlini uzadır" deyib. ABŞ prezidenti ölkəsinin Kubaya qarşı tətbiq etdiyi sanksiyaları “gərəksiz məhdudiyyətlər” adlandırıb.

Kuba elə həmin gün iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcək cavab addımı atıb. Kuba hakimiyyəti ABŞ vətəndaşı Alan Qrossu beşillik həbsdən sonra azad edib. ABŞ vətəndaşı Kubada 2009-cu ildə həbs olunmuş, Kubanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərdə ittiham olunaraq 2011-ci ildə 15 il azadlıqdan məhrum edilmişdi.

Kuba həmçinin iki ölkə arasında ötən ay əldə olunan tarixi razılaşmaya uyğun olaraq ölkədəki 53 amerikalı məhbusu sərbəst buraxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm