Çin əsgəri düyünün köməyi ilə lazerdən müdafiə olundu
Bizi izləyin

Dünya

Çin əsgəri düyünün köməyi ilə lazerdən müdafiə olundu

Çin Xalq Xilaskar Ordusunun rəhbərliyi hərbi təlimlərdə yüksək nəticə göstərən əsgərin fırıldağının üstünü açıb.

Publika.az xəbər verir ki, bu barədə Çinin “The South China Morning Post” nəşri yazıb.

“Supermen” ləqəbi alan hərbi qulluqçunu təlimlərdə heç vaxt “düşmən” tüfənglərinin lazerləri “yaralamayıb”. Sonradan aydınlaşıb ki, lazer şüaları əsgərə “çatmayıb”. Çünki o, öz formasının altına düyü dənlərini yapışdırıb.

Nəşrin məlumatına görə, bu hadisə təlimlərin keçirildiyi hərbi dairənin rəhbərliyini təlimlərin təşkilinə yanaşmanı yenidən gözdən keçirməyə məcbur edib.

Qeyd edək ki, Çinin Xalq Xilaskar Ordusu dünyada ən çoxsaylı ordudur. Çin ordusunun heyəti iki milyondan çoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm