Dünya
Trampın İranla bağlı “B planı”: növbəti hədəf buradır
“Məqsəd bütün İranı işğal etmək deyil, Yaxın Şərqdə geosiyasi yenidənqurma üçün İrana qarşı “çökdürücü müharibə” aparmaqdır. Müharibə prinsiplərinə görə, düşmənin iradəsini qırmaq üçün “ağırlıq mərkəzi”nə zərbə vurulmalıdır. ABŞ və İsrail əvvəlcə İranın “rəhbərliyini” hədəfə almışdılar. İbrahim Rəisinin öldüyü vertolyot qəzası, Ali Lider Xameneinin və İnqilab Keşikçilərinin yüksək rütbəli komandirlərinin öldürülməsi bu strategiyanın bir hissəsi idi”.
Publika.az xəbər verir ki, bu fikirləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı bildirib.
O qeyd edib ki, rəhbərliyə ağır zərbə vurulmasına, komandanlıq zəncirinin qopmasına və daxildəki Mossad agentlərinin fəaliyyətlərinə baxmayaraq, İranın müharibəni davam etdirmək iradəsi qırıla bilmədi və Trampın “tez bir zamanda başa çatdırılacağını” söylədiyi “A Planı” uğursuz oldu:
“Yeni “ağırlıq mərkəzi” artıq İranın enerji infrastrukturu və neft obyektləridir. Plan elektrik enerjisini və suyu kəsmək və bununla da ölkə üçün həyati əhəmiyyəli neft ixracını hədəf almaqdır. Enerji obyektlərinə hücum edilərsə, İran son çarə olaraq Hörmüz boğazını bağlamağa əl ata bilər. Bu, təkcə regiona deyil, həm də oradan milyonlarla barel neft idxal edən Çin, Yaponiya və Koreya kimi ölkələrə birbaşa təsir göstərə bilər ki, bu da qlobal böhrana və ABŞ-a qarşı beynəlxalq təzyiqin artmasına səbəb ola bilər”.
(Globalinfo.az)
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın




































