Poroşenko Rusiyaya qarşı müharibə planını təsdiq edəcək
Bizi izləyin

Dünya

Poroşenko Rusiyaya qarşı müharibə planını təsdiq edəcək

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya qoşunları ilə qarşıdurma planını təsdiq etməyə hazırlaşır.

Publika.az-ın “unian.net” saytına istinadən xəbər verir ki, Pyotr Poroşenkonun rəhbərliyi ilə bu gün keçiriləcək müşavirədə antiterror güclərini yenidən qruplaşdırılması və Donbas hövzəsində Rusiyanın təcavüzünün dayandırılması planı müzakirə olunacaq.

Qeyd edək ki, son bir neçə gündə separatçıların Ukrayna ordusunun mövqelərinə hücumları artıb. Son üç gün ərzində xüsusilə Donetsk aeroportu uğrunda şiddətli döyüşlər gedib və nəticədə strateji əhəmiyyət daşıyan aeroport separatçılara təhvil verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm