Dünya
Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb
Yaxın Şərqdə artan gərginlik Dubayın cazibəsini azaldıb. İranın raket hücumları fonunda şəhərdə yaşayan ultra-varlı əcnəbilər daha təhlükəsiz və sabit məkanlara üz tutmağa başlayıblar.
Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, xüsusilə milyarderlər və böyük sərvət sahibləri üçün yeni istiqamət İsveçrənin Zuq kantonu olub.
Təbii gözəlliyi, güclü maliyyə sistemi və yüksək həyat standartları ilə seçilən bu bölgə son aylarda varlıların diqqət mərkəzinə çevrilib.
Məlumata görə, Dubaydan köçən zənginlər Zuqda daşınmaz əmlak almaq üçün artıq növbəyə dayanırlar. Ekspertlər bildirirlər ki, kantonun əsas üstünlüklərindən biri də vergi sistemidir. Belə ki, burada gəlirə görə deyil, yaşayış xərclərinə əsaslanan sabit vergi modeli tətbiq olunur ki, bu da varlılar üçün olduqca sərfəli hesab edilir.
Zuq eyni zamanda qlobal iqtisadi mərkəz kimi də tanınır. Burada yüzlərlə əmtəə ticarəti şirkəti və kriptovalyuta firması fəaliyyət göstərir. Regionda baş verən müharibə isə bu şəhərin əhəmiyyətini daha da artırıb.
Lüks daşınmaz əmlak şirkəti “Engel & Völkers”-dən Simon İncir bildirib ki, müharibə başlayandan sonra Dubayda yaşayan əcnəbilərdən çoxsaylı müraciətlər daxil olur. Onun sözlərinə görə, maraq xüsusilə yüksək büdcəli müştərilər arasında artıb.
Ekspertlər qeyd edirlər ki, varlı şəxslər üçün əsas prioritetlərdən biri siyasi sabitlik və maliyyə təhlükəsizliyidir. İsveçrənin neytral mövqeyi və güclü valyutası bu baxımdan üstünlük yaradır. Bildirilir ki, son illərdə İsveçrə frankı avroya qarşı dəyərini xeyli artırıb ki, bu da investorlar üçün əlavə stimul hesab olunur.
Müəllif: Roza
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO





















.jpg)










