Dünya
İŞİD-dən yeni bəyanat: “Biz söz verdiyimizi edəcəyik”
İŞİD terror təşkilatı girov götürdüyü iki yaponiyalının azad edilməsi üçün rəsmi Tokioya verdiyi möhlətin bitdiyi barədə bəyanat verib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Nippon Television Network” telekanalı bildirib.
“Yaponiyanın baş naziri Sindzo Abe bizi aldatmaqda davam edir. Yapon xalqı vətəndaşlarının azad edilməsi üçün heç nə etmədi. Tutulan iki yaponla bağlı rəhm olmayacaq. Biz söz verdiyimizi edəcəyik”, - İŞİD-in bəyanatında deyilir.
Bəyanat çərşənbə axşamı iki yaponiyalı - jurnalist Kendzi Qoto və sahibkar Xarurı Yukavi ilə bağlı videonun yerləşdirildiyi sayta qoyulub. Xatırladaq ki, İŞİD iki yapon girovunun həyatı üçün 200 milyon dollar tələb edib. Terror qruplaşması pulun ödənilməsi üçün 72 saat vaxt vermişdi. Tokioya verilən möhlət isə bu gün səhər saatlarında başa çatıb. Yaponiya baş naziri dünən axşam saatlarında müşavirə keçirib və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi iqtidarında olmadığını etiraf edib.
Baş nazir biznes liderləri qarşısında iqtisadi islahatlara dair çıxışı zamanı isə girovlarla bağlı sualları cavablandırmayıb. Abe bildirib ki, o, rəsmilərə mümkün diplomatik kanallardan istifadə edərək girovların təhlükəsiz şəkildə azad olunmasını təmin etməyi tapşırıb. Bununla belə, baş nazir Yaponiyanın terrorizmə güzəştə getməyəcəyini deyib.
Ömər Dağlı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi