Dünya
Kral Abdullahın dəfn mərasimində bir ilk yaşana bilərdi
Hazırda Davos İqtisadi Forumunda olan Misir prezidenti Əbdül Fəttah əl-Sisi dünən dünyasını dəyişən Səudiyyə Kralı Adbullahın dəfn mərasimində iştirak edəcəyini açıqlasa da Ər-Riyada gəlməyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Misir prezidenti İsveçrədəki pis hava şərtləri ilə əlaqədar dəfn mərasimində iştirak etməyəcəyini açıqlayıb və başsağlığı mesajı göndərib.
Əgər Misir prezidenti dəfn mərasimində iştirak etsəydi, bir ilk yaşana bilərdi. Türkiyə mediasının yazdığına görə, söhbət Sisi ilə Misirdəki dövlət çevrilişini kəskin tənqid edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dəfə üz-üzə gəlməsindən gedir.
Xatırladaq ki, Türkiyə prezidenti ötən Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun verdiyi şam yeməyinə qatılmamışdı. Səbəbi isə adının Misir prezidentinin əyləşəcəyi masaya yazılması idi.
Ömər Dağlı
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı