Dünya
Parlament Prezidentin istefasını rədd etdi
![](https://publika.az/storage/upload/publika.az1422051725yemen prezident1.jpg?v1733603939)
Yəmən parlamenti prezident Əbd Rabbun Mənsur Hadinin istefasını rədd edib.
Publika.az-ın məlumatına görə, parlament prezidentin istefasının siyasi nəticələrini müzakirə etmək üçün növbədənkənar iclas çağırıb.
Husi üsyançıları və Yəmən hökümətinin qarşıdurmaya son qoyulmasına dair bazar ertəsi razılıq əldə etməsinə baxmayaraq, prezident və onun kabineti dünən istefa verib.
Yəmən hökumətinin Vaşinqtondakı sözçüsü Məhəmməd Albaşanın dediyinə görə, prezidentin istefası barədə xəbər dünən sosial media vasitəsilə yayılıb.
Reuters xəbər agentliyi baş nazir Xalid Bahahın Facebook-dakı açıqlamasına istinadən bildirib ki, onun hökuməti qeyri-konstrukfiv siyasi çəkişmələrdə iştirak etmək istəmir.
BMT-nin nümayəndəsi Camal Benomar Sənadan bildirib ki, ölkədə siyasi böhrana yalnız zorakılıqların dayandırılması və üsyançı qrupun hakimiyyətdə yer almasına dair razılığa əməl olunmasından sonra son qoyula bilər.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO
-
İdman7 Dekabr 22:36
Premyer Liqanın futbolçusu ağır qəzaya düşdü - FOTO
-
Hadisə7 Dekabr 21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin17 Dekabr 21:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art7 Dekabr 21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region7 Dekabr 20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var