ABŞ “Əl-Qaidə” ilə mübarizədən geri çəkildi
Bizi izləyin

Dünya

ABŞ “Əl-Qaidə” ilə mübarizədən geri çəkildi

ABŞ Yəməndə “Əl-Qaidə” terror qruplaşmasına qarşı xüsusi əməliyyatların keçirilməsini dayandırıb.

Publika.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, Vaşinqtonun qərarı Yəmən prezidenti Abdurabbu Mansur Hadinin istefa verməsi ilə bağlıdır.

Nəşrin məlumatına görə, amerikalıları informasiya ilə təmin edən Yəmən xüsusi xidmət orqanları hazırda Husi tayfasının “Ənsar Allah” şiə qruplaşmasının nəzarəti altındadır.

“The Washington Post”la danışan yüksək vəzifəli amerikalı məmurlar Vaşinqtonun “Ənsar Allah”ın liderləri ilə danışıqlara başlamağa hazır olduğunu da dilə gətiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm