Dünya
Rusiya “terrorun sponsoru” statusuna “yiyələnə” bilər
“Parisdəki terror hücumlarından bir neçə gün sonra Avropa Birliyinin Şərqi Ukraynanın separatizm anklavlarındakı döyüşçüləri terrorçu adlandırmaqdan imtina etməsi Qərbin ikili standartlarını göstərir”.
Publika.az xəbər verir ki, bu barədə “New Eastern Europe” nəşrinin saytına açıqlamasında politoloq Taras Kuzo söyləyib.
“Rusiyanın “yaşıl adamcığazlar"ı Krımda və Donbas hövzəsində dövlət idarələrini tutdular. Ukrayna Təhlükəsizlik Xidməti ölkənin şəhərlərində çoxsaylı terror qruplaşmalarının üzvlərini saxladı. Onlardan bəziləri Sevastopolda təlim keçmişdilər. Ukrayna Rusiyanın Şərqi Ukraynaya göndərdiyi çoxlu silahı və partlayıcı qurğuları aşkar etdi. Bu və başqa faktlar göstərir ki, ABŞ Dövlət Departamenti tərəfindən “dövlət- terrorizmin sponsoru” adlandırılması üçün Rusiya hər şey edib. Donbas hövzəsindəki separatçı qruplar isə “beynəlxalq terrorizm” təyinatına tam uyğundur”, - politoloq deyib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq Avropa Birliyi və ABŞ-ın Rusiyanı “terroru dəstəkləyən dövlət” kimi tanıması üçün siyasi iradəsi yoxdur: “Vaşinqton “DXR” və “LXR”i “terror dövləti” kimi tanımaq istəmir. Çünki bu halda növbəti addım atmaq lazım gələcək: terrorizmin sponsoru olan Suriya və Sudan kimi Rusiyanın sıxışdırılması. Əgər ABŞ Rusiyanı terrorizmin sponsoru olaraq tanısa, Avropa Birliyi də ABŞ-a qoşulmağa və daha sərt sanksiyalar tətbiq etməyə məcbur olacaq”.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Avropa Birliyindən Donetsk və Luqansk “xalq respublikaları”nın “terrorçu təşkilatlar” kimi tanınmasını istəyib.
Ömər Dağlı
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO