Rusiya Abxaziyanın ilhaqını rəsmiləşdirir
Bizi izləyin

Dünya

Rusiya Abxaziyanın ilhaqını rəsmiləşdirir

Rusiya Abxaziyanın ilhaqını rəsmiləşdirir.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. Gürcüstan XİN-i Rusiya ilə Abxaziya arasında sazişin Dövlət Duması tərəfindən ratifaikasiya olunması ilə bağlı dərin narahatlığını bildirib.

"Bu hərəkət Gürcüstanın ayrlmaz hissəsi olan ərazinin Kreml tərəfindən ilahıq olunması deməkdir, bununla Rusiya Federasiyası üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozur", Gürcüstan XİN-in bəyanatında qeyd olunub.

Abxaziyanı Gürcüstanın tərkib hissəsi sayan rəsmi Tbilisiyə görə bu ərazi beynəlxalq hüququn müstəqil subyektinə çevrilə bilməz.

Gürcüstan XİN-i beynəlxalq birliyi Moskvanın hərəkətklərini pisləməyə və Rusiyaya təzyiq göstərməyə çağırıb.

Ötən cümə günü Moskvada, Dövlət Dumasında Rusiya ilə Abxaziya arasında müttəfiqlik və strateji partnyorluq münasibətlərinə dair saziş ratifikasiya olunub.

Həmin sənəd ötən ilin noyabrın 24-də Rusiya preazidenti Vladimir Putin və Gürcüstan tərkibindən çıxdığını elanm etmiş Abxaziya rəhbəri Raul Xacimba arasında imzalanıb.

Sənəd tərəflər arasında xarici siyasət sahəsində addımların əlaqələndirilməsini, təhlükəsizlik və müdafiə sahəsində isə "ümumi məkanının" yaradılmasını nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm