İsraildən “Charlie Hebdo”ya dəstək çağırışı
Bizi izləyin

Dünya

İsraildən “Charlie Hebdo”ya dəstək çağırışı

İsrailin xarici işlər naziri Aviqdor Liberman islam dünyasını qəzəbləndirəcək bir bəyanat verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, israilli nazir Fransanın satirik jurnalı “Charlie Hebdo”nun İsraildə satılması çağırışı edib.

İsrailin dövlət radiosunun xəbərinə görə, xarici işlər naziri və “Evimiz İsrail” Partiyasının lideri “Radikal islamın İsraildə qorxu yaratmasına və ifadə azadlığını məhdudlaşdırmasına icazə verməyəcəyik” deyib.

İsrail parlamentinin ərəb deputatı Məsud Ganaim isə baş nazir Benyamin Netanyahunu “Charlie Hebdo” jurnalının son sayının internet vasitəsilə satışının belə qadağan edilməsi barədə təlimat verməyə çağırıb. O, bunun İsraildəki müsəlmanların hisslərinə təhqir olduğunu bildirib.

Qeyd edək ki, “Stematsky” yayım şirkəti “Charlie Hebdo”nun son sayını İsraildə satılması barədə qərar vermiş, ancaq sərt reaksiyalardan sonra bu qərarından imtina etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm