Ermənistan sahibkarları baş nazirdən əl çəkmək niyyətində deyillər
Bizi izləyin

Dünya

Ermənistan sahibkarları baş nazirdən əl çəkmək niyyətində deyillər

Ötən gün Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirən sahibkarlar bu gün yenidən toplaşacaq.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, sahibkarlar baş nazir Ovik Abramyanla görüşmək istəsələr də onların 4 saat davam edən səyləri nəticəsiz qalıb.

Məlumata görə, etirazçılara sabah regionlardan da kiçik və orta biznesin nümayəndələri qoşulacaqlar.

Qeyd edək ki,ötən gün etirazçılara 10 nəfərlik qrupun baş nazirlə görüşməsi təklif olunub. Lakin binanın qarşısına toplaşanlar tələb edib ki, baş nazir həyətdə hamı ilə görüşsün. “Xalq baş nazirin səsini eşitmək istəyir. Qoy çölə çıxsın və bizimlə danışsın”, - sahibkar Artak Xaçatryan deyib.

Ermənistanda “Dövriyyədən vergi haqqında” qanun oktyabrın birindən qüvvəyə minib. Bu da bir çox erməni sahibkarların müflisləşəcəyi anlamına gəlir. Etiraz aksiyalarından sonra qanunun tətbiqi 1 fevrala qədər təxirə salınmışdı. Hökumət qanunu sözügedən tarixdən sonra tətbiq etməkdə israrlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm