Separatçılardan Ukrayna hərbçilərinə yeni “cəhənnəm” vədi - VİDEO
Bizi izləyin

Dünya

Separatçılardan Ukrayna hərbçilərinə yeni “cəhənnəm” vədi - VİDEO

Donbas hövzəsində ruspərəst separatçılarla Ukrayna hərbi birləşmələri arasında döyüşlər hər keçən gün daha da şiddətlənir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetsk aeroportunun itirilməsindən sonra Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələr əsas diqqətini Donetsk vilayətinin Debaltsevo və Mariupol şəhərlərinə yönəldib.

Debaltsevo şəhəri ətrafında hazırda şiddətli döyüşlər gedir. Separatçılar şəhəri müdafiə edən Ukrayna hərbçilərinə növbəti “cəhənnəm” hazırlayacaqlarına söz verirlər. Xatırladaq ki, Ukrayna hərbçiləri üçün “cəhənnəm” bundan əvvəl İlovaysk rayonunda təşkil olunub. Ötən ilin 3 sentyabr - 10 oktyabr tarixlərində separatçıların mühasirəsində saxlanılan İlovayskdan təxminən 400 Ukrayna döyüşçüsünün cəsədi çıxarılıb. Bir çoxları isə hələ də itkin düşmüş hesab olunur. Hazırda isə Debaltsevonu belə bir təhlükə gözləyir.

Yerli sakinlərin məlumatına görə, Debaltsevo son yarım il ərzində Donetsk vilayətinin ən qaynar nöqtələrindəndir. Rayonda döyüş əməliyyatları praktik olaraq hər gün aparılır.

Kiyevdən isə bildirirlər ki, növbəti “cəhənnəmdən” söhbət gedə bilməz. “Debaltsevo ərazisində vəziyyət nəzarət altındadır. Vəziyyət mürəkkəbdir, amma hərbçilər müdafiəni saxlayırlar”, - Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Vladimir Polevoy bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm