Dünya
Ohanyandan etiraf: "Vurulan helikopterimiz kursdan yayınıb"
Ermənistanın Azərbaycan tərəfindən vurularaq salınmış helikopterinin heyəti təlim uçuşu həyata keçirərkən kursdan azacıq yayınıb. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
Ohanyanın qeyd etdiyi kimi, salınmış helikopter hadisəsi ilə əlaqədar xidməti təhqiqatın nəticələrinə görə, müəyyən şəxslər töhmət alıblar, həmçinin işdən çıxarılmalar da olub.
Noyabrın 12-də Ermənistan SQ-yə məxsus Mi-24 helikopteri Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr aralıda Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO