Rusiya müxalifətçisi: “Putin siqnal verdi ki…”
Bizi izləyin

Dünya

Rusiya müxalifətçisi: “Putin siqnal verdi ki…”

“Mariupola hücumdan sonra Rusiya prezidenti Vladimir Putin terrorçulara və öz hərbçilərinə siqnal verdi. Yaxın vaxtlarda cəbhənin bir çox sahələrində ehtimal ki, döyüş olmayacaq”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, belə bir fikiri Rusiya müxalifətçisi Boris Nemtsov ifadə edib.

“Qəribə olsa da düşünürəm ki, sakitlik olacaq. Putin açıq şəkildə siqnalı verdi ki, Mariupola hücum başa çatıb. Cəbhənin əksər hissələrində “susqun müharibə” olacaq. Mən yaxın günlərdə hansısa hücum cəhdlərini, qoşunların müdaxiləsini görmürəm. Düşünürəm ki, Putinin sayıqlamaları və şantajı davam edəcək”, - rus müxalifətçisi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm