Oğul anasını qətlə yetirən atasını "facebook" vasitəsilə axtarışa verdi
Bizi izləyin

Dünya

Oğul anasını qətlə yetirən atasını "facebook" vasitəsilə axtarışa verdi

Həyat yoldaşını qətlə yetirməkdə və iki nəfər şəxsi ağır yaralamaqda şübhəli bilinən, polis tərəfindən axtarışa verilən 48 yaşlı kişinin yaxalanması üçün onun oğlu qeyri-adi üsula əl atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, T.Y. adlı şəxsin tapılması məqsədilə oğlu K.Y. özünün «facebook» səhifəsində atasının fotoşəklini paylaşaraq onu görənlərin polisə məlumat verməsini xahiş edib.

Qeyd edək ki, ötən ilin iyul ayının 7-də Denizlinin Buldan mahalında baş verən olay zamanı T.Y. ondan ayrı yaşayan, boşanmaq niyyətində olan həyat yoldaşı, 2 uşaq anası, 33 yaşlı Aylin Yaylanı tapançadan açdığı atəş nəticəsində qətlə yetirib. Bununla hirsi soyumayan T.Y. 56 yaşlı qayınanası Türkan Conkeri və 28 yaşlı qaynı Nail Conkeri ağır yaralayıb.

Hadisədən sonra izini itirməyi bacaran 48 yaşlı kişinin yaxalanması üçün polis axtarış elan edib. Lakin hələ də onun yerini müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən də T.Y.-nin 13 yaşlı oğlu K.Y. özünün «facebook» səhifəsində atasının fotoşəklini paylaşaraq «Atam axtarışdadır. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur» deyə status yazıb.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm