Dünya
"Hizbullah" İsrail əsgərlərini öldürdü
İsrail Livanla sərhəddə İsrail ordusuna məxsus zirehli avtomobilin partladılması nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail hücumda 7 İsrail əsgərinin yaralandığını, 2-nin öldüyünü açıqlayıb.
Hadisəyə görə məsuliyyəti Livanın “Hizbullah” təşkilatı üzərinə götürüb. Təşkilatdan bildirilib ki, raket zərbəsi Suriyada “Hizbullah”a məxsus avtomobil karvanına yanvarın 19-da endirilən zərbələrə cavabdır. Xatırladaq ki, həmin vaxt “Hizbullah” lideri Həsən Həsrullah “sığınacaqlarınızı hazırlayın” deyərək İsraili hədələmişdi.
İsrail tərəfinin əvvəlki məlumatında isə deyilirdi ki, dörd hərbi qulluqçu yaralanıb. Livanın “Maan” xəbərlər agentliyinin məlumatına görə isə ən azı 15 İsrailli hərbçi həlak olub.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə həmsərhəd rayonlara etdiyi səfəri yarımçıq qoyaraq Təl-Əvivə qayıdıb. Hazırda “Hizbullah”a cavab verilməsi üçün planın hazırlandığı deyilir. İsrail baş naziri Livan sərhədindəki qarşıdurmaları şərh edərək “Bizə şimal sərhədlərimizdə toxunanlara Qəzzada baş verənləri xatırlatmaq istəyərəm. “Həmas” yarandığı gündən indiyə kimi ən böyük itkisini yaşamışdı. Hazırda ordumuz hər cəbhədə döyüşməyə hazırdır” deyib.
Son məlumatlara görə, İsrail ordusu Livanla sərhəd kəndlərə atəş açıb. Livanın cənubundakı müxtəlif sərhəd nöqtələrinə toplardan açılan atəş nəticəsində BMT-nin sülhyaratma qüvvələrinin bir əsgəri ölüb. Onun ispaniyalı olduğu bildirilir.
Livan rəsmi xəbər agentliyi NNA isə “Hizbullah” təşkilatının bir İsrail əsgərini də girov götürdüyünü xəbər verib.
Ömər Dağlı
-
İKT23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO