Anasını öldürdü, sonra da küçədə "məni edam edin" deyib qışqırdı - FOTO
Bizi izləyin

Dünya

Anasını öldürdü, sonra da küçədə "məni edam edin" deyib qışqırdı - FOTO

17 yaşlı lisey şagirdi mübahisə zəminində anasını pnevmatik tüfənglə başından güllələyərək qətlə yetirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muğlada yaşayan lisey şagirdi Mehmet A. anasını öldürdükdən sonra küçəyə çıxaraq «Anamı qətlə yetirdim. Məni edam edin» deyə çığırmağa başlayıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, bazarda yoldaşları ilə birlikdə gəzişən, Muğla Peşə və Texniki Anadolu Liseyinin şagirdi Mehmet A. bir qədər sonra yaşadığı evə yollanıb. Təxminən 1 saat sonra hələlik dəqiq bəlli olmayan səbəb üzündən onunla anası Rübeyde A. arasında mübahisə yaranıb. Mübahisə böyüdükdə isə Mehmet evdə olan tüfənglə anasını başından güllələyib.

Polisin araşdırmaları zamanı bəlli olub ki, qətldə istifadə olunan silah Mehmet A.-nın atası Özay A.-ya məxsus olub.

Digər bir iddiaya görə, oğlu tərəfindən hücuma məruz qalan ana evdən çıxaraq yaxınlıqda yaşayan qayınanası Hörü A.-nın evinə gedərək «Qapını aç, oğlum məni öldürəcək» deyə yardım istəyib. Qayınanası qapını açmağa çalışarkən Mehmet anasına çatıb və onu qətlə yetirib.

Hadisədən bir qədər sonra polis əməkdaşları olay yerinə gəlib və Mehmet A.-nı həbs ediblər.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm