Dünya
Qorbaçov: "Moskvanın ideyası cəfəngiyatdır"
“Almaniya Federativ Respublikasını Almaniya Demokratik Respublikasını zəbt etməkdə ittiham etmək ideyası cəfəngiyatdır”.
Publika.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov bildirib.
Qeyd edək ki, Dövlət Dumasının sədri Sergey Narışkin beynəlxalq işlər üzrə komitəyə “Almaniya Demokratik Respublikasının Almaniya Federativ Respublikası tərəfindən 1989-cu ildə zəbt edilməsi” barədə bəyanat üzərində işləməyi tapşırıb. Belə bir təşəbbüslə isə Rusiya Kommunist Partiyasından olan deputat Nikolay İvanov çıxış edib. Kommunist deputat bildirib ki, Krımdan fərqli olaraq Almaniya Demokratik Respublikasında ümumxalq referendum keçirilməyib.
Mixail Qorbaçovun sözlərinə görə, 25 il əvvəl baş verən hadisəni bu günün mövqeyindən qiymətləndirmək olmaz: “Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikasında mitinqlərdə tək şüar – “Biz bir xalqıq” səslənirdi. Heç kəs bunu inkar etmirdi və bunu indi də inkar etmək mümkün deyil. Həmin vaxt heç kəsin ağlına referendum keçirmək gəlmirdi. Hazırda irəli sürülmüş təklif sadəcə bir cəfəngiyatdır”.
Ekspertlərin fikrincə, Rusiya Almaniyanı “işğalçı” kimi tanımaqla Avropa Birliyinin sanksiyaları üçün qisas almaq istəyir.
Ömər Dağlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı