Yaponiyalı jurnalist Türkiyə-Suriya sərhədində həlak oldu
Bizi izləyin

Dünya

Yaponiyalı jurnalist Türkiyə-Suriya sərhədində həlak oldu

İŞİD terror qruplaşmasının girovluğunda olan yaponiyalı jurnalist Kenji Qotonun mübadiləsində iştirak etmək üçün Türkiyəyə gələn digər bir yaponiyalı jurnalist ölüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfa vilayətinin Akçakale yolunun 7-ci kilometrliyində Kazumi Takayanın olduğu avtomobil yük avtomobilə arxadan çırpılıb.

Yaponiyalı jurnalist xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kenji Qotonun İordaniyada həbsdə olan iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə dəyişdirilməsi nəzərdə tutulur.

Ömər Dağlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm