Ərdoğan: “Ermənistanı xəritədə göstərə bilməyənlər...”
Bizi izləyin

Dünya

Ərdoğan: “Ermənistanı xəritədə göstərə bilməyənlər...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT 1” telekanalın canlı efirində Ermənistan və erməni diasporanın 1915-ci il hadisələri ilə bağlı iddialarına toxunub.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Ankaranın ortaq komissiya istəyini yenidən dilə gətirib.

“Biz Türkiyə olaraq arxivlərimizi açmışıq. Deyirik ki, əgər səmimisinizsə arxivlərinizi açın, tarixçilərimiz araşdırmalar aparsın və hesabatlarını bizə təqdim etsinlər. Bundan sonra isə siyasətçilər olaraq danışaq. Əgər ödəməli olduğumuz bir şey varsa, biz bunu ödəyəcəyik. Lakin bununla da razılaşmaq istəmirlər. Heç bir əlaqəsi olmayan ölkələrə gedərək özlərinə görə qərar qəbul edirlər. Ermənistanın yerini xəritədə göstərə bilməyənlər Ermənistanla bağlı qərar verirlər”, - Türkiyə prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm