Dünya
Ukrayna ilə bağlı sənəd Minskdə müzakirəyə çıxarılacaq
Ukraynanın şərqindəki münaqişənin həlli üçün yaradılan üçtərəfli əlaqə qrupu cəbhə xəttindən ağır silahların aparılmasını nəzərdə tutan sənəd hazırlayıb.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, üçtərəfli əlaqə qrupunun bu gün Minskdə keçiriləcək toplantısında sənədin təsdiq edilməsi gözlənilir.
Qeyd edək ki, üçtərəfli əlaqə qrupunda Ukrayna, ATƏT və Rusiya təmsil olunur. Qrupda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Xaydi Talyavi, Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabov və Ukraynanın keçmiş prezidenti Leonid Kuçma yer alıb. Üçtərəfli əlaqə qrupunun Minskdə ötən ilin 5 sentyabr tarixində keçirilən ilk toplantısında atəşkəs razılaşmasının yer aldığı Minsk protokolu imzalanıb. Lakin atəşkəs razılaşmasına heç vaxt əməl olunmayıb.
ATƏT-in mətbuat xidmətindən bildirilib ki, yanvarın 28-də Ukrayna prezidenti Pyotr Poroşenko üçtərəfli əlaqə qrupunun nümayəndələri ilə görüşüb. Ukrayna prezidenti ilə müzakirələrdən sonra – yanvarın 29-da sənəd yekun formaya salınıb.
Üçtərəfli əlaqə qrupunun növbəti Minsk toplantısının Donbas hövsəsində şiddətli döyüşlərin getdiyi bir vaxtda keçirilməsi toplantıdan müsbət qərar çıxacağına ümidləri azaldır. Separatçıların son bəyanatlarında da hərbi əməliyyatların davam etdirilməsi niyyəti açıq görünür.
Ömər Dağlı
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş