Dünya
İordaniyadan İŞİD-ə “Biz də Sajidanı asarıq” mesajı
İordaniya hakimiyyəti yapon jurnalist və iordaniyalı pilotun azad edilməsi qarşılığında İŞİD terror qruplaşmasının tələb etdiyi iraqlı terrorçu qadın Sajida əl-Rişavi ilə bağlı açıqlama verib.
Publika.az “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, İordaniya İŞİD-ə “Biz də Sajidanı asarıq” mesajı göndərib.
Qeyd edək ki, İŞİD internet vasitəsilə yaydığı videoda terrorçu qadının azad edilməyəcəyi halda iordaniyalı pilot Muat Safi əl-Kasiyeşbi və yapon jurnalist Kenji Qotonu öldürəcəklərini açıqlayıb. Tərəflər arasında adıçəkilən şəxslərin mübadiləsi ilə bağlı razılıq əldə olunsa da, iki gün əvvəl Suriya-Türkiyə sərhədində nəzərdə tutulan mübadilə baş tutmayıb. Belə ki, İordaniya hakimiyyəti İŞİD terror qruplaşmasının tələbini yerinə yetirməkdən son anda imtina edib. İordaniya ötən il İŞİD-ə girov düşən pilotunun sağ olduğuna əmin olmadığı üçün belə bir addım atdığını bildirib. Ölkə səlahiyyətlilər İŞİD-dən pilotun həyatda olduğuna dair dəlil gözlədiklərini söyləyib.
İngiltərənin “Daily Mail” qəzetinə danışan iordaniyalı səlahiyyətlilər İŞİD-ə “Pilotu öldürsəniz, Sajida və digər cihadçı məhkumları edam edərik” mesajı göndərib.
Həmin qadın 2005-ci il noyabr ayında İordaniyanın paytaxtı Ammanda üzərində yerləşdirdiyi partlayıcı qurğunu partlatmaq istəyərkən yaxalanıb. O, “Radisson SAS“ hotelində keçirilən toy məçlisində əri ilə birlikdə partlayış törətməliydi.
Ömər Dağlı
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika11:42
İlham Əliyev Çavuşoğlunu qəbul etdi