Dünya
ABŞ Ukrayna ilə bağlı qərara gələ bilmir
ABŞ Dövlət Departamenti Ukrayna münaqişəsinə cavab mövqeyinin dəyişdirilməsinə hələ qərar verilmədiyini bəyan edib.
Publika.az-ın məlumatına görə, departamentin sözçüsü Jen Psaki bildirib ki, Amerika Ukrayna ilə bağlı siyasətini nəzərdən keçirir. Belə ki, ABŞ-ı nəzarətləri altında olan əraziləri genişləndirmək niyyətində olan separatistlərin zorakılıqları narahat edir. “Təbii olaraq, biz baş verənləri hesaba almalıyıq.”
Psaki əsas məqsədin münaqişəsinin siyasi və diplomatik yolla həlli olduğunu deyib. O, ABŞ və onun qərb müttəfiqlərinin Rusiya ilə müharibə aparmaq fikrində olmadığını bildirib. “Bizim niyyətimiz Rusiyanın mövqeyini dəyişməkdir. Məhz buna görə o ölkəyə qarşı sanksiyalar tətbiq edilib.”
Sanksiyalara əlavə olaraq ABŞ Ukraynanı 118 milyon dollarlıq qeyri-döyüş təchizatı və təlimlərlə təmin edir.
Brukinqs institutunun təhlilçisi Stefen Piferin dediyinə görə, Amerika mövqeyini dəyişməlidir. “Biz Amerikanın qeyri-döyüş deyil, müdafiə məqsədi ilə döyüşlərə yardım etməsini tövsiyə edirik.”
Pifer Brüsseldə Ukrayna rəsmilər ilə görüş zamanı Amerikanın xarici siyasət ekspertlərindən ibarət nümayəndə heyətinin tərkibində olub. “Ukraynanın ən böyük tələbi yüngül silahlardır. Ukraynanın cəbbəxanasındakı silahları 20 il bundan əvvəlindir. Onların üçdə iki hissəsi yarasızdır.”
Pifer və qrupun digər üzvləri ABŞ-ı Ukraynanı dronlar, raketləri tuta bilən radar sistemi və zirehli maşınlarla təmin etməyə çağırıb.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər