Dünya
Ukrayna Moskvaya qarşı regional hərbi blok qurdu
Ukrayna Rusiyaya qarşı regional hərbi ittifaqın yaradılması istiqamətində önəmli addım atıb.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, Ukraynanın Ali Radası Polşa və Litva ilə birgə hərbi briqadanın yaradılması haqqında razılaşmanı təsdiqləyib.
Xatırladaq ki, müvafiq razılaşma ötən ilin sentyabrında imzalanıb. Birgə briqadadan BMT və Avropa Birliyinin himayəsi altında keçirilən hərbi əməliyyatlarda istifadə olunacaq. Yeni hərbi bölmənin əsas vəzifəsi beynəlxalq sülhməramlı missiyalarda iştirak etmək və regional hərbi əməkdaşlığı möhkəmləndirməkdir.
Məlumata görə, Ukrayna-Polşa-Litva birgə briqadasının yaradılması ideyası hələ 2007-ci ildə yaranıb. Gözlənilir ki, birgə briqadada Ukraynanın 545, Polşanın 3500, Litvadan isə 350 hərbi qulluqçu təmsil olunacaq. Birgə hərbi birləşmənin komandanlığı Polşada yerləşəcək.
Ukrayna tərəfi hərbi briqadanın yaradılmasının Donbas hövzəsindəki hərbi münaqişə ilə bağlı olmadığını bildirsə də, Polşa müstəqil həmkarlar ittifaqı hərəkətinin həmtəsisçilərindən olan Sbiqnov Buyak fərqli düşünür. O, hesab edir ki, Polşa Ukraynaya öz hərbçilərini göndərməlidir: “Polşa əsgərləri Donbasda Rusiyaya qarşı vuruşsaydı, fantastik olardı. Birgə briqadanın hərbçiləri döyüşlərdə birgə iştirak edə bilərlər. Əgər qonşumuz bizim ümumi düşmənimizlə müharibə aparırsa, o halda qonşuya kömək etmək lazımdır".
Ömər Dağlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi